linkedin behance facebook instagram odnoklassniki twitter vimeo vk youtube logo-edx
Əsas məzmuna keçin

Xidmət şərtləri

Sərbəst Öyrənmə Portalı aşağıda qeyd olunanları təmin edən Xidmət Şərtlərini qəbul edir:

Sərbəst Öyrənmə Portalına xoş gəlmisiniz! Zəhmət olmasa, hər hansı kurs materialının, söhbət otaqları və ya digər elektron xidmətlər də daxil olmaqla, Sərbəst Öyrənmə Portalında qeydiyyatdan keçməzdən və ya Sərbəst Öyrənmə Portalı veb saytından istifadə etməzdən öncə bu Xidmət Şərtlərini və Şərəf Kodeksini oxuyun. Əməl edilməli olan bu Xidmət Şərtləri və Şərəf Kodeksi sizin və Sərbəst Öyrənmə Portalı arasında razılaşmadır. Sərbəst Öyrənmə Portalından istifadə edərək siz qeydiyyatdan keçmiş istifadəçi olmağınızdan asılı olmayaraq, qanuni olaraq Razılaşma öhdəliklərini qəbul edir və razılaşırsınız. Zəhmət olmasa, həm də Sərbəst Öyrənmə Portalının hər hansı hissəsindən istifadə etməzdən əvvəl Məxfilik Siyasətini oxuyun. Məxfilik Siyasəti siz Sərbəst Öyrənmə Portalıdan istifadə edərkən şəxsi məlumatlarınızın necə toplandığını və istifadə olunduğunu izah edir.

Sərbəst Öyrənmə Portalı əvvəlcədən bildiriş vermədən istənilən vaxt bu Xidmət Şərtlərinə dəyişiklik etmək hüququna malikdir. Bu Xidmət Şərtlərinə hər hansı dəyişiklik yenilənmiş faktiki tarixlə bu səhifədə məlumat yerləşdirdikdən dərhal sonra qüvvəyə minəcək. Sərbəst Öyrənmə Portalına etdiyimiz hər hansı dəyişiklikdən sonra girişə, siz dəyişiklik edilmiş Xidmət Şərtləri və bütün dəyişikliklərlə perspektiv baxımdan razılaşdığınızı bildirirsiniz. Hazırkı Xidmət Şərtlərinin ən son versiyası haqqında məlumatlı olmaq üçün vaxtaşırı bu səhifəyə baxmağınız xahiş olunur.

BU XİDMƏT ŞƏRTLƏRİ AŞAĞIDAKI QAYDADA TƏŞKİL OLUNMUŞDUR:

  • Onlayn işləri yerinə yetirmək üçün qaydalar;

  • Ciddi qadağan olunmuş fəaliyyətlər;

  • İstifadəçi hesabları;

  • Sərbəst Öyrənmə Portalında verilən məlumatdan istifadə haqqınız;

  • İstifadəçinin yerləşdirdiyi məlumatlar;

  • Əmtəə nişanları;

  • Müəllif hüquqlarının rəqəmsal dövrdə müdafiəsi haqqında Qanun;

  • Zəmanətdən imtinalar/Öhdəliklərin məhdudlaşdırılması;

  • Əlavə Şərtlər.

ONLAYN İŞLƏRİ YERİNƏ YETİRMƏK ÜÇÜN QAYDALAR

Sərbəst Öyrənmə Portalından şəxsi istifadəniz və İstifadəçi olaraq yerləşdirdiyiniz məlumatlara görə məsuliyyət daşımağa razılaşırsınız. “İstifadəçinin yerləşdirdiyi məlumatlar” dedikdə forumda yerləşdirilən bütün məlumatlar, Viki saytına istinadlar, qeydlər, suallar, şərhlər, videolar və fayl yükləmələri də məhdudiyyət olmadan daxil olmaqla, tərəfinizdən və ya Sərbəst Öyrənmə Portalının digər istifadəçiləri tərəfindən Sərbəst Öyrənmə Portalına təqdim olunan, yerləşdirilən, nəşr olunan və ya paylaşım edilən bütün məlumatlar nəzərdə tutulur. Siz xakerlik, parolun sındırılması və ya hər hansı digər vasitələrlə Sərbəst Öyrənmə Portalına və hər hansı Sərbəst Öyrənmə Portalı serveri ilə bağlı digər hesablara, kompüter sistemlərinə və ya şəbəkələrə icazəsiz girməyə cəhd etməməlisiniz. Əgər qeydiyyatdan keçmiş istifadəçisinizsə, parolunuzu heç kimlə paylaşmamalı və heç kimin hesabınıza girişinə icazə verməməlisiniz.

Bundan başqa, sistemdə istifadəçilərin siyahısı və ya kataloqu, İstifadəçinin yerləşdirdiyi məlumatlar və ya istifadəçiyə dair məlumatlar, onlayn dərs vəsaitləri, kurs materialları və ya əmtəə nişanları və ya loqolara da məhdudiyyət olmadan daxil olmaqla, Sərbəst Öyrənmə Portalı Səhifəsinə dair məlumatı silə və ya böyük həcmdə yükləməməyə razılaşmalısınız. Eyni zamanda, Sərbəst Öyrənmə Portalı Səhifəsindən istifadə edərkən (sizə forumlarda anonim istifadəçi adından istifadə etməyə və şəxsiyyətiniz gizli saxlayacaq şəkildə fəaliyyət göstərməyinizə icazə verilməsinə baxmayaraq) şəxsiyyətinizi təhrif etməməyə və ya buna cəhd etməməyə razılaşmalısınız.

CİDDİ QADAĞAN OLUNAN FƏALİYYƏTLƏR

SƏRBƏST ÖYRƏNMƏ PORTALI SƏHİFƏSİNDƏ AŞAĞIDAKI FƏALİYYƏTLƏR CİDDİ ŞƏKİLDƏ QADAĞANDIR:

  • Başqalarına böhtan atan, narahat edən və ya hədə-qorxu gələn məlumatlar;

  • Qanunsuz hərəkətlərin törədilmə niyyəti ilə onları müzakirə edən məlumatlar;

  • Əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;

  • Təhqir xarakterli, pornoqrafik, ədəbsiz, əxlaqsız və ya qanunsuz məlumatlar;

  • Reklam və ya hər hansı formada kommersiya təhrikçiliyi;

  • Bir partiyalı siyasət fəaliyyətləri ilə əlaqədar fəaliyyətlər;

  • Başqasının kompüteri və ya əmlakının istifadəsinə zərər verə biləcək viruslar,

  • Beynəlxalq cəhətdən mötəbər olmayan məlumatlar və ya digərlərinə dezinformasiya məqsədilə yerləşdirilən məlumatlar.

Siz Sərbəst Öyrənmə Portalında yuxarıda qeyd olunan ciddi qadağan olunmuş məlumatları təqdim edə, yerləşdirə, nəşr edə, paylaşa və ya digər şəkildə bölüşə bilməzsiniz.

İSTİFADƏÇİ HESABLARI

İstifadəçi hesabı yaratmaq üçün tam adınızı, e-poçt ünvanınızı, yaşadığınız ölkə/region və istifadəçi parolunu təqdim edirsiniz. Siz hər hansı səbəbdən sizin istifadəçi hesabınız üçün verilən məlumatları hər hansı üçüncü tərəfə bildirməməyə və ya paylaşmamağa razılıq verməlisiniz. İstifadəçi hesabınızı təyin edərkən sizdən əlavə məlumatlar daxil etməyiniz tələb oluna bilər (məs.: doğum tarixi). Siz təqdim etdiyiniz bütün məlumatların dəqiq və yeni olduğunu bildirirsiniz. Məlumatlarınızın dəqiq və yeni olmasını təmin etmək üçün onları yeniləməyə razılıq verməlisiniz.

Biz şəxsi məlumatlarınızın məxfiliyi və təhlükəsizliyini təmin edirik. Bu barədə məlumatla Məxfilik Siyasətinı oxuyaraq tanış ola bilərsiniz.

SƏRBƏST ÖYRƏNMƏ PORTALINDA VERİLƏN MƏLUMATLARDAN İSTİFADƏ HÜQUQUNUZ

Sərbəst Öyrənmə Portalında təklif olunan kurslarla verilən mətn, imtahan, video, şəkil və digər təlimat materialları yalnız həmin kurslarla əlaqədar olaraq şəxsi istifadəniz üçün nəzərdə tutulub. Bizim məqsədimiz iştirakçıların vibrasiyalı ekosistemini yaratmaq və müxtəlif sahələr üzrə kurslar təklif etməkdir.

Sərbəst Öyrənmə Portalında müəyyən istinad sənədləri, rəqəmsal dərsliklər, məqalələr və digər məlumatlar üçüncü tərəflərin icazəsi ilə istifadə olunur və həmin məlumatlardan istifadə zamanı məlumatlarla birlikdə yerləşdiriləcək olan müəyyən qayda və şərtlərə əməl edilməlidir. Sərbəst Öyrənmə Portalından istifadə edərək siz bütün bu qaydalara və şərtlərə əməl etməyə razılaşırsınız.

Siz Sərbəst Öyrənmə Portalıdan əldə etdiyiniz hər hansı məlumata dair bütün müəlliflik hüquqları və digər bildirişləri saxlamağa razılıq verirsiniz.

İSTİFADƏÇİNİN YERLƏŞDİRDİYİ MƏLUMATLAR

İstifadəçinin yerləşdirdiyi məlumatlara dair Təqdimat və Zəmanətlər

İstifadəçi kimi məlumatlarınızı təqdim etməklə siz məlumatlarınıza, onların dərc olunmasına və ya paylaşılmasına tək məsuliyyət daşıyırsınız.

Sərbəst Öyrənmə Portalı istifadəçilərinə lisenziya verilməsi

İstifadəçi kimi Məlumatlarınızı təqdim etməklə siz hər bir Sərbəst Öyrənmə Portalı istifadəçisinə portalın istifadəsi ilə əlaqədar istifadəçi kimi məlumatlarınızı əldə etmək və istifadə etmək üçün qeyri-eksklüziv lisenziya verirsiniz.

ƏMTƏƏ NİŞANLARI

Sərbəst Öyrənmə Portalında verilən əmtəə nişanları onların müvafiq sahiblərinin mülkiyyətindədir.

Portalda tətbiq olunan Əmtəə nişanının sahibinin yazılı icazəsi olmadan Əmtəə nişanından istifadə qadağandır.

MÜƏLLİF HÜQUQLARININ RƏQƏMSAL DÖVRDƏ MÜDAFİƏSİ

HAQQINDA QANUN

Sərbəst Öyrənmə Portalında müəllif hüquqlarının pozulmasına inanan şəxslər portalın əlaqə vasitələri ilə bu barədə bildiriş verməlidirlər.

Bildirişə daxil edilməlidir:

  • Pozulduğu və pozulması üçün hər hansı fəaliyyətin olduğu iddia edilən materialın müəyyən edilməsi. Siz materialı yerləşdirmək üçün bizə qənaətbəxş məlumat verməlisiniz (məs.: URL, IP adresi, kompüter adı).

  • İddia edən tərəfin materialının müəllif hüququ sahibinin və ya səlahiyyət verən agentin icazəsi olmadan istifadə edildiyinə inandığı bildiriş.

  • Bildirişdə verilən məlumatın dəqiq olması və iddia edən tərəfin müəllif hüququ sahibinin adından hərəkət etmə səlahiyyətinə malik olmasına dair bəyanat.

ZƏMANƏTDƏN İMTİNALAR/ÖHDƏLİKLƏRİN MƏHDUDLAŞDIRILMASI

İstifadəçi kimi yerləşdirdiyiniz Məlumatlardan İmtina

Sərbəst Öyrənmə Portalı fərqli mənbələrdən istifadəçi paylaşımlarının dəqiqliyinə, faydalılığına, etibarlılığına və ya əqli mülkiyyət hüquqlarına görə məsuliyyət daşımır. Bundan əlavə, siz başa düşür və təsdiq edirsiniz ki, qeyri-dəqiq, xəta xarakterli, böhtan xarakterli, ədəbsiz və ya zərərli istifadəçi paylaşımları ilə rastlaşa bilərsiniz. Sərbəst Öyrənmə Portalı hər hansı istifadəçi paylaşımlarını və ya ifadə olunan hər hansı rəy, tövsiyə və ya məsləhəti təsdiq etmir. Lakin Sərbəst Öyrənmə Portalı istifadəçi paylaşımlarını yoxlamaq və istənilən səbəbdən istənilən vaxt hər hansı istifadəçi paylaşımını ləğv etmək üçün tək mülahizə hüququnu saxlayır.

Digər Veb səhifələrinə linklər

Sərbəst Öyrənmə Portalında üçünçü şəxslər tərəfindən təşkil edilən və ya nəzarət edilən digər səhifələrə hiperlinklər daxil edilə bilər. Əgər siz linklə üçüncü tərəfin veb səhifələrinə giriş etməyə qərar versəniz, bunu öz riskiniz hesabına edəcəksiniz.

QÜVVƏDƏ OLAN QANUNLA TAM ŞƏKİLDƏ İCAZƏ VERİLDİYİ KİMİ, SİZ RAZILAŞIRSINIZ Kİ, NƏ SƏRBƏST ÖYRƏNMƏ PORTALI, NƏ DƏ SƏRBƏST ÖYRƏNMƏ PORTALI İŞTİRAKÇILARI BU XİDMƏT ŞƏRTLƏRİ İLƏ ƏLAQƏDAR VƏ YA SİZİN (VƏ YA HƏR HANSI ÜÇÜNCÜ TƏRƏFİN) SƏRBƏST ÖYRƏNMƏ PORTALIDAN İSTİFADƏ EDƏ BİLMƏYİNİZ VƏ YA BİLMƏMƏYİNİZ, HƏR HANSI MƏLUMAT YERLƏŞDİRMƏYİNİZ VƏ YA İDDİANIZIN MÜQAVİLƏYƏ, HÜQUQ POZAN FƏALİYYƏTƏ, ƏSASNAMƏ VƏ YA DİGƏR HÜQUQA ƏSASLANMASINDAN ASILI OLMAYARAQ, SƏRBƏST ÖYRƏNMƏ PORTALINDAN ƏLDƏ OLUNAN MƏLUMATLARA ETİBAR ETMƏYİNİZ NƏTİCƏSİNDƏ YARANAN FAKTİKİ VƏ YA TƏSADÜFİ OLAN HƏR HANSI İTKİ VƏ YA ZƏRƏRLƏRƏ GÖRƏ ÖHDƏLİK DAŞIMAYACAQ.

SIĞORTA

Siz Sərbəst Öyrənmə Portalı və Sərbəst Öyrənmə Portalı İştirakçılarını hər hansı iddialardan, itkilərdən, zərərlərdən (faktiki və ardıcıl), məhkəmə proseslərindən, mühakimələrdən, məhkəmə çəkişmələri xərclərindən və istənilən növdə və xarakterdə vəkil haqlarından yaranan hər hansı öhdəlik və ya xərclər də daxil olmaqla, Sərbəst Öyrənmə Portalından istifadə etməyinizlə əlaqədar yaranan hər hansı üçüncü tərəfin iddialarına, hərəkətlərinə və ya tələblərinə qarşı müdafiə etməyə, məsuliyyətdən azad etməyə və sığortalamağa razılıq verməlisiniz. Bu halda, Sərbəst Öyrənmə Portalı və ya Sərbəst Öyrənmə Portalı iştirakçısı sizə belə iddia, məhkəmə prosesi və ya tədbiri haqqında yazılı bildiriş təqdim edəcək.

ƏLAVƏ ŞƏRTLƏR

Xitam vermə Hüquqları; Kurs və Məlumatların Dayandırılması

Siz Sərbəst Öyrənmə Portalının öz mülahizəsi ilə sizə bildiriş vermək şərtilə, hər hansı səbəbdən sizin portaldan istifadənizə və ya onun iştirakçısı olmağınıza xitam verə bilməsi ilə razılaşırsınız. Müəllif hüquqları şərtlərini təkrarən pozan şəxslərin istifadəçi hesablarını münasib şəkildə ləğv etmək Sərbəst Öyrənmə Portalının siyasətidir. Sərbəst Öyrənmə Portalı təklif olunan hər hansı kursun formatını ləğv etmək, gecikdirmək, təkrar planlamaq və ya dəyişmək və portalda verilən məlumatların hamısını və ya hər hansı hissəsini təmin etməyi dayandırmaq üçün istənilən vaxt qərar vermək hüququnu saxlayır.

Bütün Razılaşma

Razılaşma sizin və Sərbəst Öyrənmə Portalı arasında portaldan istifadə etmənizlə əlaqədar tam razılaşmanı təşkil edir.

İmtina və Bölünə bilmə

Sərbəst Öyrənmə Portalının razılaşmaların hər hansı hüquq və ya müddəasını icra edə və ya həyata keçirə bilməməsi belə hüquq və ya müddəadan imtina kimi hesab olunmayacaq. Əgər Razılaşmanın hər hansı müddəası səlahiyyətli yurisdiksiyaya malik məhkəmə tərəfindən etibarsız hesab edilərsə, buna baxmayaraq, tərəflər razılaşır ki, məhkəmə müddəada ifadə olunduğu kimi tərəflərin istəyinə müsbət reaksiya verməli və Razılaşmanın digər müddəaları tam qüvvədə və etibarlı olmalıdır.



Qüvvəyə minmə tarixi:

Fevral, 2019.