Elnur Kərimov
Elnur Kərimov 2016-cı ildə Dövlət İdarəçilik Akademiyasında Hüquq üzrə bakalavr təhsilini başa vurduqdan sonra 2018-ci ildə Türkiyənin Marmara Universitetindən Özəl hüquq üzrə və 2021-ci ildə Yaponiyanın Kyushu Universitetindən Beynəlxalq İqtisadi və Biznes Hüququ üzrə magistr dərəcəsi alıb. Hazırda Yaponiyanın Kyushu Universitetinin Hüquq üzrə doktorantıdır. Yaponiyanın MEXT Tədqiqat Proqramının 2020-ci ildən bəri təqaüdçüsüdür
- “Rənglərin əmtəə nişanı kimi mühafizəsi” mövzusunda türk dilində bir kitabın və əqli mülkiyyət hüququ, informasiya texnologiyaları və investisiya arbitrajı mövzularında Azərbaycan, Türkiyə, Polşa və İngiltərədə müxtəlif jurnal və kitablarda yayımlanmış Azərbaycan, türk və ingilis dillərində 12 məqalənin müəllifidir. Təhsil aldığı müddətdə Türkiyə, Rumıniya, İndoneziya və Yaponiyada keçirilmiş bir sıra elmi konfranslarda təqdimatçı kimi çıxış edib.
- O, həmçinin Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının və Koreya Respublikasının Əqli Mülkiyyət Ofisinin birgə təşkil etdiyi Yay Məktəbinin məzunu və Uğurlu Biznes üçün Əqli Mülkiyyət Aktivlərinin İdarə Olunması üzrə Beynəlxalq Sertifikatın sahibidir. Magistratura təhsili müddətindəki tədqiqatına görə 2022-ci ildə Yaponiyanın Kyushu Universiteti Avropa Birliyi Mərkəzi tərəfindən Üstün Tədqiqat Mükafatına layiq görülüb. Azərbaycanda Könüllü Gənclər Birliyinin təşkilatçılığı ilə keçirilən Əqli Mülkiyyət Akademiyasının təlimçisi və mentorudur.
- Elnur Kərimov 2019-cu ildə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq İnternet İdarəçiliyi Forumunda Gənc Səfir kimi Azərbaycanı təmsil edib. 2020-ci ildə eyni forumda təşkilatçı və spiker, 2021-ci ildə isə həm İnternet İdarəçiliyi Forumunda, həm də “RightsCon” Beynəlxalq Forumunda təşkilatçı kimi çıxış etmişdir. 2020-2022-ci illərdə İnternet Cəmiyyəti Beynəlxalq Qeyri-Hökumət Təşkilatında Şərqi Avropa üzrə Koordinator vəzifəsini icra etmişdir.
- “LeGalaxy Azerbaijan” hüquqi resurs mərkəzi və bloq vebsaytının yaradıcısı və yazarıdır.