Şərəf kodeksi
ƏMƏKDAŞLIQ SİYASƏTİ
Sərbəst Öyrənmə Portalının təqdim etdiyi kurslara qeydiyyatdan keçməklə siz xüsusi öyrənənlər cəmiyyətinə daxil olursunuz. Sərbəst Öyrənmə Portalının məqsədi istifadəçilər üçün müxtəlif kurslara internet bağlantısı vasitəsilə giriş imkanı yaratmaq və internet texnologiyasının mümkün etdiyi ən yaxşı təhsil təcrübəsi ilə təmin etməkdən ibarətdir. Sərbəst Öyrənmə Portalından istifadə etmək üçün siz aşağıda qeyd olunan Şərəf Kodeksi və yazıldığınız kursun əlavə şərtləri ilə razılaşmış olursunuz.
ŞƏRƏF KODEKSİ ÖHDƏLİYİ
Sərbəst Öyrənmə Portalında kursa yazılmaqla mən razılaşıram ki:
Bütün test və tapşırıqları tapşırıq üzrə əməkdaşlığa icazə verilən hallar istisna olmaqla özüm yerinə yetirəcəm.
Yalnız bir istifadəçi hesabı saxlayacam və başqasının mənim istifadəçi adım və/və ya parolumdan istifadə etməsinə icazə verməyəcəm.
Nəticələrimi ədalətsiz şəkildə artırmaq və ya başqalarının nəticələrini artıran və ya zərər verən hər hansı fəaliyyətlə məşğul olmayacam.
Tələbənin fəaliyyətini qiymətləndirmək üçün məsələlərə keçmiş cavablardan istifadə olunmayacaq.
QAYDA POZUNTUSU
Əgər sizin Xidmət Şərtləri və ya Şərəf Kodeksi tələblərini pozduğunuz aşkar edilərsə, aşağıdakı tədbirlər görülə bilər:
Tapşırıq üçün sıfır qiymət almaq və ya qiymət almamaq;
Kurs nəticəsində aldığınız sertifikatın ləğv edilməsi;
Kursdan çıxarılmaq;
Sərbəst Öyrənmə Portalından istifadənin dayandırılması.
Bu Şərəf Kodeksini pozduğunuza dair müəyyən bir qərar verilərsə, sizə bu barədə bildiriş göndəriləcək və pozuntu nəticəsində görüləcək müvafiq tədbirlər barədə sizə məlumat veriləcəkdir.
ŞƏRƏF KODEKSİNİN DƏYİŞDİRİLMƏSİ
Şərəf Kodeksi vaxtaşırı nəzərdən keçirilə və orada müvafiq dəyişikliklər aparıla bilər. Şərəf Kodeksinə edilən istənilən dəyişiklik yenilənmiş qüvvəyə minmə tarixi ilə bu səhifədə dərc edildikdən dərhal sonra qüvvəyə minir. Hər hansı dəyişikliklər edildikdən sonra siz Sərbəst Öyrənmə Portalına daxil olmaqla dəyişiklik edilmiş Şərəf Kodeksi ilə tanış olmalı və orada olan hər hansı dəyişikliklərə razılığınızı bildirməlisiniz.
Qüvvəyə minmə Tarixi:
Fevral, 2019.