linkedin behance facebook instagram odnoklassniki twitter vimeo vk youtube logo-edx
Əsas məzmuna keçin

Məxfilik siyasəti

BİLDİRİŞ: Sərbəst Öyrənmə Portalı aşağıdakı şərtləri təmin edən Məxfilik Siyasətini qəbul etmişdir:

Sərbəst Öyrənmə Portalı vasitəsi ilə kurs təşkil edən hər bir Üzv məlumatlarının məxfiliyi və təhlükəsizliyi qorunur.

Siz Sərbəst Öyrənmə Portalında hesabınıza daxil olduğunuz və ya digər şəkildə Sərbəst Öyrənmə Portalından istifadə etdiyiniz zaman məlumatlarınız bu Məxfilik Siyasətinə müvafiq olaraq qəbul və nəzarət edilir.

Sərbəst Öyrənmə Portalı özünün məxfilik təcrübələrinə görə tək və müstəqil şəkildə məsuliyyət daşıyır. Heç bir Üzv portalın məxfilik təcrübələrinə görə məsuliyyət daşımır.

Əgər siz portal vasitəsi ilə Üzv tərəfindən təklif olunan kurs üçün qeydiyyatdan keçmisinizsə, kursda sizin və fəaliyyətləriniz haqqında məlumatlar bu Məxfilik Siyasətində izah olunduğu kimi həmin Üzv tərəfindən qəbul və nəzarət ediləcəkdir.

Hər bir Üzv özünün məxfilik təcrübələrinə görə tək və müstəqil şəkildə məsuliyyət daşıyır. Heç bir Üzv digər Üzvün məxfilik təcrübələrinə görə məsuliyyət daşımır. Həmçinin, portal hər hansı Üzvün məxfilik təcrübələrinə görə məsuliyyət daşımır.

Əgər siz bu Məxfilik Siyasətinin şərtlərini qəbul etmirsinizsə, o zaman portala daxil olmayın, yükləməyin və ya qeydiyyatdan keçməyin. Əgər siz portalda təklif olunan müxtəlif məhsul və xidmətlərin təmin edilməsi üçün tələb olunan müəyyən məlumatları vermək istəməsəniz, o zaman istifadəçi hesabı aça və ya həmin məhsul və xidmətlərdən istifadə edə bilməzsiniz.

Məxfilik Siyasəti aşağıdakı kimi təşkil olunmuşdur:

  • Portalın sizdən topladığı məlumatlar (Şəxsi Məlumatlar da daxil olmaqla);

  • Portalda Kuki fayllar və İzləmə Texnologiyaları;

  • Məlumatlarınız necə istifadə olunur;

  • Məlumatlarınız necə paylanır;

  • Şəxsi Məlumatlarınızı necə saxlamalısınız;

  • Saxlama və Təhlükəsizlik;

  • Məxfilik Siyasətinin yenilənməsi;

  • Əlaqə məlumatları;

  • Lüğət.



PORTALIN SİZDƏN TOPLADIĞI MƏLUMATLAR (ŞƏXSİ MƏLUMATLAR DA DAXİL OLMAQLA)

Portal aşağıdakı hallarda şəxsi məlumatlar toplayır:

  • Siz portalda hesab yaratmaq üçün qeydiyyatdan keçir və istifadəçi profili yaratdıqda;

  • Onlayn kurslar üçün qeydiyyatdan keçəndə və iştirak edəndə;

  • Portala elektron mesajlar göndərdikdə;

  • İstifadəçi axtarışı etdikdə;

  • İctimai forumlar, vebinar və portal səhifəsində digər interaktiv təcrübələrdə iştirak etdikdə;

  • Portal həmçinin, dolayı olaraq aşağıda Kuki fayllar və İzləmə Texnologiyaları başlığı olan bölmədə izah edildiyi kimi portalın səhifələrinə baxmağınız haqqında istifadəyə dair məlumatlar toplayır.

Portal birbaşa və ya dolayı olaraq fərdi istifadəçidən topladığı məlumatları birləşdirdikdə bu birləşdirmə sizin hesab profilinizdə Şəxsi Məlumatlara əsaslanacaq.

Siz könüllü şəkildə portalda şəxsi səhifənizdə əlavə Şəxsi Məlumatları paylaşmağı seçə bilərsiniz, məsələn:

  • Hesab profilinizdə (və siz profilinizin digər portal istifadəçiləri tərəfindən məhdud və ya tam görülməsini seçə bilərsiniz);

  • Maliyyə dəstəyi tətbiq edildikdə;

  • Kurs, forum, vebinar və ya portalda digər interaktiv təcrübələrdə iştirak etdikdə (qeyd edək ki, bəzi hallarda bu məlumatları portal və kurslar üçün başqa alətlər və ya yardımlar təmin edən üçüncü tərəf paylaşır).

Əgər daha sonra hesabınızı ləğv etməyi seçsəniz, Şəxsi Məlumatlarınızın silinməsi aşağıda izah edilən proses və məhdudiyyətlər çərçivəsində olacaq:

  • Üzvlər siz kurs üçün qeydiyyatdan keçənə qədər Şəxsi Məlumatlarınızı qəbul etməyəcəklər. Əgər kurs üçün qeydiyyatdan keçsəniz, kursu təklif edən Üzv hesab profilinizdən Şəxsi Məlumatlarınızı və əlavə olaraq, portal tərəfindən sizin keçdiyiniz kurslarda fəaliyyətiniz və performansınız haqqında topladığı məlumatları qəbul edəcək.

PORTALDA KUKİ FAYLLAR VƏ İZLƏMƏ TEXNOLOGİYALARI

Portal təqdim etdiyi xidmətlərdən istifadənizi və ehtiyaclarınızı, portalla bağlı cari vəziyyət və gələcək perspektivləri dəyərləndirmək və portalı təkmilləşdirmək üçün elektron yazışmalarında kuki fayllardan və digər ümumi İzləmə Texnologiyalarından istifadə edə bilər. Məsələn:

  • Sizin kuki fayl parametrlərinizə əsasən portal digər fəaliyyətlərlə yanaşı, istifadəçi tərəfindən başqa hansı səhifələrinə baxıldığını, onların baş çəkmə ardıcıllığını, nə vaxt baxdıqlarını və hansı hiperlinklərdən və digər istifadəçi interfeysi nəzarətlərindən istifadə olunduğunu qeyd edən məlumatları izləyir.

  • İstifadəçi portaldan istifadə edən zaman İP adreslərinə, idarəetmə sisteminə və brauzer proqram təminatına (siz portaldan öz mobil tətbiqlərindən istifadə edən zaman mobil istifadə və cihaz növləri də daxil olmaqla) daxil ola bilər və IP adresindən sizin İnternet Xidmətləri Provayderini və əlaqə yaratdığınız məntəqənin coğrafi yerləşməsini müəyyən edə bilər;

  • Portal, həmçinin sizin portalda fəaliyyətinizi, portalın ictimai mediası ilə necə qarşılıqlı əlaqə yaratdığınızı, kursu necə tapdığınızı və ya istinad etdiyiniz izləməyə kömək etmək üçün üçüncü tərəflərlə əməkdaşlıq edə bilər. Fərdi Üzvlər ayrıca olaraq, sizin kurs müddətində fəaliyyətinizi görmək və səhifənizdə kursu necə tapdığınızı və ya istinad etdiyinizi bilmək üçün öz kursları və elektron yazışmaları daxilində İzləmə Texnologiyalarından istifadə edə bilərlər.

Portal və Üzvləri aşağıdakı məqsədlər üçün Kuki fayllardan və İzləmə Texnologiyalarından istifadə edirlər:

  • Portal səhifəsinin sizin üçün lazımi şəkildə işini təmin etmək məqsədilə sistemin idarə edilməsi, təhlükəsizlik və tamlıq üçün zəruri olduqda. Bu Texnologiyalar olmadan portal Səhifəsi düzgün işləyə bilməz;

  • Analitikliyi, fəaliyyət və funksionallığı təmin etmək, portal və Üzvlərinin istifadəçilərin portal səhifəsindən necə istifadə etmələrinə dair məlumat toplamaq və portal səhifəsinin fəaliyyət keyfiyyətini yoxlamağa kömək etmək və əvvəllər portal səhifəsinə baş çəkdiyinizi və hər hansı şəxsi üstünlüklərinizin olduğunu xatırlamaq üçün təcrübənizi artırmaq;

  • Sizin portal və ya Üzvlərin elanlarına və ya məlumatlarına necə reaksiya verməyinizə əsasən portal və üçüncü tərəf səhifələrində sizin maraqlarınıza münasib olan məlumatları təmin etmək üçün portal və Üzvlərə imkan yaratmaqla marketinqi dəstəkləmək. Portal və Üzvlər portal və ya fərdi Üzv tərəfindən təmin olunan kuki fayallar olan “birinci tərəfli” kuki fayllardan və həmçinin portal və Üzvlərə bu məlumatı izləməyə kömək edən üçüncü tərəflərin təmin etdikləri kuki fayllar olan “üçüncü tərəfli” kuki fayllardan istifadə edirlər.

Sizin Kuki faylları və digər İzləmə Texnologiyalarını idarə etmək üçün bəzi seçimləriniz var. Bunlara daxildir:

  • Brauzer parametrlərinizi dəyişmək: siz veb brauzerinizin məxfilik və təhlükəsizlik parametrlərini tənzimləmklə onun Kuki faylları necə qəbul etdiyinə nəzarət etməlisiniz. Bir çox brauzerlərdə menyu panelində “Kömək” funksiyası sizə yeni Kuki faylları qəbul etməyi necə dayandırmağı, yeni Kuki fayllar haqqında bildirişi necə qəbul etməyi və mövcud Kukiləri necə ləğv etməyi göstərəcək. Əgər portal Kuki fayllarından imtina etsəniz, portal səhifəsinin bir çox funksiyaları və rahat mexanizmləri lazımi qaydada işləməyə bilər.

  • Müəyyən üçüncü tərəf izləmə və reklamları haqqında məlumatları qəbul etməkdən imtina etmək: Portal və ya Üzv tərəfindən Kuki faylları və İzləmə Texnologiyaları üçün istifadə olunan bəzi üçüncü tərəflər veb səhifələrində verilən izləmə prosesləri ilə izlənmədən imtina etmə imkanları təklif edirlər. Bəzi belə üçüncü tərəflərin siyahısı portal tələbə Kömək Mərkəzində verilmişdir və buna tətbiq olunan imtina etmə prosesləri üçün linkər daxildir. Nə portal, nə də hər hansı Üzv hər hansı üçünü tərəfin imtina seçimlərinin faydalılığına məsuliyyət daşımır.



MƏLUMATLARINIZ NECƏ İSTİFADƏ OLUNUR

Sərbəst Öyrənmə Portalı və Üzvləri aşağıdakı məqsədləri həyata keçirmək üçün Şəxsi Məlumatlar da daxil olmaqla məlumatlardan istifadə edir:

  • Portal səhifəsini idarə etmək və təkmilləşdirmək – Buna portal cəmiyyətini dəstəkləyən və Portal Səhifəsinin tələb olunan miqyasda istifadəsini təmin edən funksiyaların yaradılması və təkmilləşdirilməsi daxildir. Buna, həmçinin təlim təcrübənizin maraq və tələbatlarınıza uyğunlaşdırılması üçün Portal Səhifəsini şəxsə uyğunlaşdırmaq da daxildir.

  • Dərsləri müəyyən etmək, idarə etmək, təmin və tədris etmək – Buna portal səhifəsində kütləvi açıq onlayn kurs və proqramların verilmə funksiyasını yaratmaq və təkmilləşdirmək daxildir. Buna, həmçinin təlim təcrübənizin maraq və tələbatlarınıza uyğunlaşdırılması üçün kursların şəxsə uyğunlaşdırılması və fəaliyyətinizin qiymətləndirilməsi və sertifikatların verilməsi daxildir.

  • Məhsul və xidmətlərin təklif edilməsi və təkmilləşdirilməsi – Buna sizə portal səhifəsini idarə etmək, portal səhifəsində təmin edilən kurs və proqramlar üçün qeydiyyatdan keçmək və iştirak etmək, bu kurs və proqramlarda effektiv öyrənmə və portal səhifəsində Təsdiq olunmuş Sertifikatlar kimi məhsul və xidmətlər satın almaq və ya əldə etmək daxildir.

  • Portal səhifəsinin təhlükəsizlik və fəaliyyət keyfiyyətini yaratmaq və təmin etmək – Buna portal səhifəsinin fasilələrini izləmək və proqram təminatı həlli proseslərini yaratmaq, Şərəf Kodeksi və Xidmət Şərtlərinin pozulmasını aşkarlamaq və portal səhifəsindən istifadə, sui-istifadə və potensal sui-istifadələri yoxlamaq daxildir.

  • Koqnitiv elm və təhsil sahəsində elmi araşdırmaları dəstəkləmək – Buna dərs nəticələrinin təkmilləşdirilməsi məqsədi ilə tələbələrin kurs materiallarını necə onlayn əldə etmələri və mənimsəmələri haqqında araşdırma aparmaq üçün əməkdaşlıq etmək daxildir.

  • Portal səhifəsinin hədəf və missiyalara zidd istifadəsinin izlənməsi – Buna kurslara və kurslarla əlaqəli məhsul və xidmətləri əldə etmək və fəaliyyətin qiymətləndirilməsi və məlumatların birgə istifadəsini (Şəxsi Məlumatların deyil) biznes ortaqlarına və xarici auditoriyaya məruzə edilməsi üçün analitik araşdırmaların aparılması daxildir.

  • Qanuni hüquq və öhdəliklərin icrası, həyata keçirilməsi və əməl edilməsi – Buna məhkəmə çağırış vərəqələrinə, məhkəmə qərarlarına və digər qanuni proseslərə cavab vermək; və qanunsuz fəaliyyətlər, saxtakarlıq şübhəsi, təhlükəsizlik və ya texniki məsələlərə dair araşdırmalar, qarşısının alınması və ya onlarla bağlı tədbirlərin görülməsi, o cümlədən, qüvvədə olan qanunla tələb olunduğu kimi portalın, Üzvlərin və ya digərlərinin hüquqlarının, əmlakının və ya təhlükəsizliyinin qorunması daxildir.

  • Portal və ya Üzv Şəxsi Məlumatlar da daxil olmaqla məlumatlardan əlavə istifadə üçün sizin razılığınızı ala bilər və ondan yalnız sizə izah olunan məqsədlər üçün istifadə olunacaq. Bütün Şəxsi Məlumatlar qüvvədə olan qanunlara müvafiq qaydada istifadə olunacaq.

MƏLUMATLARINIZ NECƏ PAYLANIR

Sərbəst Öyrənmə Portalı və Üzvlər aşağıdakı məqsədlər üçün üçüncü tərəflərlə Şəxsi Məlumatlar da daxil olmaqla məlumatları paylaşır:

  • Yuxarıda izah olunan istifadələrin edilməsinə kömək edən xidmət provayderləri, podratçılar və digər üçüncü tərəflərlə - portal üçüncü tərəflərdən tələb edir: (1) bu Məxfilik Siyasəti və qüvvədə olan qanuna əməl etmək; (2) Şəxsi Məlumatlardan məxfi qaydada istifadə etmək və müvafiq təhlükəsizliyi təmin etmək; və (3) Şəxsi Məlumatlardan yalnız müvafiq məqsədlərin icrası üçün tələb olunduqda istifadə etmək. Bəzi hallarda portal səhifəsi və fərdi kurslar üçüncü tərəf xidmətləri ilə birləşir və ya digər məlumat provayderləri və ya xidmət provayderləri də daxil olmaqla, üçüncü tərəflərin təmin etdiyi veb səhifələrinə linklər təmin edirlər. Bu üçüncü tərəflər öz məxfilik təcrübələrinə məsuliyyət daşıyır və bu səbəbdən siz üçüncü tərəfin veb səhifəsinə təkrar yönləndirildikdə diqqətli olmalı və onun məxfilik siyasətini nəzərdən keçirməlisiniz.

  • Keçdiyiniz kurslarda digər tələblərlə və portal səhifəsinin digər istifadəçiləri ilə interaktiv təlim mühiti yaratmaq, dərsdə iştirakı dəstəkləmək və dərs məlumatlarını paylaşmaq – Buna portal səhifəsinin sizin digər kurs üzvlərinin görə biləcəyi və ya ictimaiyyətə təqdim oluna bilən hissəsinə təqdim etdiyiniz rəyləri, kurs işlərini və ya digər məlumatları paylaşmaq daxildir. Buna, həmçinin sizə eyni maraq və təhsil hədəfləri ola bilən, digər istifadəçilərlə əlaqə yaratmaq, yəni, spesifik təlim partnyorları tövsiyə etmək və ya potensil tələbələr və rəhbərlərlə əlaqə yaratmaq imkanlarının təmin edilməsi daxildir. Bu halda portal sizin yazıldığınız kursu təklif edən və hər bir Üzv sizinlə əlaqə yaratmaq marağı ola bilən kəsləri müəyyən etmək üçün haqqınızda toplanan bütün məlumatlardan istifadə edə bilər, lakin digərlərinə yalnız sizin istifadəçi adınızı bildirəcək (yəni, real adınız və ya elektron poçt ünvanınız açıqlanmayacaq).

  • Sizin təlim və ya digər təhsil məqsədləri üçün kursa yazılmağınıza sponsorluq edən işçilər, dövlət proqramları, institutlar və ya digər müəssisələr ilə - Əgər sizin Təsdiq olunmuş Sertifikat almağınıza və ya kursda iştirakınıza hər hansı müəssisə ödəniş və ya digər şəkildə sponsorluq edirsə, portal sizin həmin kursa yazılmağınız, iştirakınız, irəliləyişlər və tamamlama statusunuzu təsdiq etmək üçün lazım olduqda həmin müəssisə ilə məlumatları paylaşacaq.

  • Portal və ya Üzv Şəxsi Məlumatlar da daxil olmaqla, məlumatların əlavə açıqlanması üçün sizin razılığınızı ala bilər və yalnız sizə izah olunan məqsədlərlə onları paylaşacaq. Bundan başqa, portal və ya Üzv şəxsən sizə müəyyən etməyəcək şəkildə identifikasiya məlumatlarının ləğv olunduğu və ya birləşdirildiyi məlumat və Şəxsi Məlumatları tədqiqatçılar və biznes ortaqları da daxil olmaqla ictimaiyyətə və üçüncü tərəflərə açıqlaya bilərlər.

ŞƏXSİ MƏLUMATLARINIZI NECƏ SAXLAMALI

Siz Şəxsi Məlumatlarınızı portal səhifəsində tələbə funksiyaları və portalın tələbə dəstək qrupuna müraciət edərək saxlaya bilərsiniz. Əgər müraciətinizdə məlumatlarınıza Üzv tərəfindən nəzarət varsa, portalın tələbə dəstək qrupu sizin müraciətinizə baxılması üçün bildiriş verəcək və müvafiq Üzvlə razılaşaraq bu məsələni həll edəcək. Portal qüvvədə olan qanunla (məs., Avropa Birliyində olan tələblər) və daha geniş desək, mümkün olduqda, bizim tək mülahizəmizlə nəzakətliliyi dəstəkləyəcək. Portal qanunla tələb olunmayan müraciətinizi təmin edə bilmədiyi halda sizə məlumat verəcək. Eyni zamanda, Üzvlər yalnız qanuni tələb olunan müraciətləri həll etmə öhdəliyi daşıyacaq, lakin öz qərarları ilə digər müraciətlərə də baxma seçimi edə bilərlər.

Şəxsi Məlumatlarınıza Giriş və Düzəliş

  • Şəxsi Məlumatlarınızın çox hissəsi portal hesabınızda mövcuddur. Adınız, elektron poçt ünvanınız və digər müəyyən edilə bilən profil məlumatlarına aşağıda qeyd olunan hallar istisna olmaqla, hesabınızda olan profil parametrləri vasitəsilə düzəlişlər edilə bilər. Sizin hesabınızın panelində bütün cari və yazıldığınız kursların arxivi verilmişdir və əldə etdiyiniz hər hansı Təsdiq olunmuş Sertifikatlar üçün link də daxil edilib. Paneldə, həmçinin dərslərdə cavablarınızın surəti, digər iştirak və fəaliyyətləriniz verilmişdir. Zəhmət olmasa, bu və ya digər məlumatı əldə etmək və yeniləmək üçün portalın tələbə dəstək qrupu ilə əlaqə saxlayın. Əgər müraciətinizdə məlumatlarınıza Üzv tərəfindən nəzarət varsa, portalın tələbə dəstək qrupu müraciətinizi müvafiq Üzvə bildirəcək.

İstisnalar:

  • İstifadəçi adları dəyişdirilə bilməz. Bu sistemin qadağasıdır. Çünki istifadəçi adları dərslərdə, eləcə də, portal səhifəsində sizi müəyyən edir və sizə istifadəçi adı seçməyə dəstəkləyir. Əgər şəxsi məlumatlarınızı qorumaq istəyisinizsə, real addan və ya istifadəçi adı kimi sizi müəyyən edən adlardan istifadə etməyin.

  • Portal tələbəsinin könüllü olaraq Şəxsi Məlumatları nə vaxt və ya harada təqdim etdiyi hər vaxtı və ya hər yeri izləmir və ya indeksləmir, belə ki, nə portal, nə də Üzvlər bütün bu məlumatları yerləşdirməyə və ya idarə etməyə kömək edə bilməyəcək. Portal sizə portal səhifəsində Şəxsi Məlumatlarınızı könüllü şəkildə təqdim etməzdən əvvəl qərar verməyinizi məsləhət görür.

Şəxsi Məlumatların verilməsinə məhdudiyyət və ya etiraz:

  • Əgər siz sizə göndərilən elektron məktub və ya digər yazışmaları saxlamaq istəsəniz, hesab panelində üstün tutduğunuz funksiyaları yeniləyə və elektron məktub mesajlarının aşağısında linklərdə təsvir olunan mərhələləri keçə və ya portalın tələbə dəstək qrupu ilə əlaqə saxlaya bilərsiniz. Siz portalın tələbə dəstək qrupu ilə əlaqə saxlamaqla portal və ya Üzvün başqa məqsədlər üçün sizin Şəxsi Məlumatlarınızdan istifadə etmələrinə etiraz edə və ya bu istifadənin dayandırılmasını tələb edə bilərsiniz. Əgər müraciətinizdə məlumatlarınıza Üzv tərəfindən nəzarət varsa, portalın tələbə dəstək qrupu müraciətinizə müvafiq Üzvə bildirəcək. Zəhmət olmasa, portal və ya Üzvün Şəxsi Məlumatlarınızdan istifadə imkanlarına məhdudiyyət qoyma seçimini etməyniz haqqında qeyd edin. Digər halda sizə portal səhifəsində təklif olunan müxtəlif xidmət və məhsullarla təmin etmə tələbinin istifadəsi ilə siz portalda istifadəçi hesabı yarada və ya kurs üçün yazıla bilməyəcəksiniz və portal və ya Üzv sizi həmin xidmət və ya məhsullarla təmin edə bilməz.

Hesabın və Şəxsi Məlumatların silinməsi

  • Portal Hesabınızın və Şəxsi Məlumatların silinməsini tələb etmək üçün siz hesab parametrlərinizdə “Hesabımı Silin” işarəli düyməyə klikləməlisiniz. Çünki sistemdə silinmə daimi tədbirdir və ehtiyat saxlana bilməz, portal sizdən müraciətinizlə təsir alan portal hesabını saxlamaq səlahiyyətinizi təsdiq etmək məqsədilə prosesi tamamlamağı soruşa bilər.

Portal hesabınızla bağlı portal daimi olaraq:

  • Portalda hesabınızı deaktivləşdirəcək;

  • Aktiv profil silinəcək;

  • İstifadəçi adınızı geri götürəcək;

  • Sizi portalın elektron poçt siyahısından çıxaracaq.

  • Şəxsi məlumatlarınızla əlaqədar portal öz səhifəsindən sizin hesab profildən Şəxsi Məlumatlarınızı daimi olaraq siləcək.

Yuxarıda qeyd edildiyi kimi portal birbaşa və ya dolayı olaraq fərdi istifadəçidən (məsələn, siz) topladığı məlumatları birləşdirdikdə, bu birləşdirmə sizin hesab profilinizdə Şəxsi Məlumatlara əsaslanacaq. Portal hesab profilinizdən Şəxsi Məlumatları silməklənportal səhifəsində fəaliyyətiniz haqqında qalan məlumatlar aşağıda qeyd olunan hallar istisna olmaqla, artıq sizinlə paylaşılmayacaq:

Bu dəyişikliklər Üzvlər tərəfindən kursun idarə edilməsi də daxil olmaqla, portal səhifəsinin idarə edilməsi üçün istifadə olunan məlumat ehtiyatlarına tətbiq olunacaq. Əgər siz portal səhifəsində hər hansı kursa yazılmısınızsa, portalın tələbə dəstək qrupu sizin müraciətinizi həmin kursları təklif edən Üzvlərə bildirəcək.

İstisnalar:

Hesabın silinməsi tarixi fəaliyyət siyahılarına və ya arxivlərə tətbiq olunmayacaq, o vaxta qədər ki, bu siyahılar və məlumatlar təbii olaraq sistemdə köhnəlsin.

Portal tələbəsinin könüllü olaraq Şəxsi Məlumatları nə vaxt və ya harada təqdim etdiyi hər vaxtı və ya hər yeri izləmir və ya indeksləmir, belə ki, nə portal, nə də Üzvlər bütün bu məlumatları yerləşdirməyə və ya idarə etməyə kömək edə bilməyəcək. Portal sizə portal səhifəsində Şəxsi Məlumatlarınızı könüllü şəkildə təqdim etməzdən əvvəl qərar verməyinizi məsləhət görür.

Portal koqnitiv elm və təhsilə dair elmi araşdırmanın həyata keçirilməsi missiyasına xidmət etmək üçün dərs məlumatlarının arxivini təşkil edəcək (qüvvədə olan qanunla icazə verilən dərəcədə). Bu arxivlər Üzvlər üçün kodlaşdırılmış elmi araşdırmalara dair məlumatlar blokunu yaratmaq üçün istifadə olunur və Şəxsi Məlumatlar Üzvlər tərəfindən saxlanılan araşdırmalara dair məlumatlar blokundan silinə bilməz.

Portal və hər bir Üzv həmişə keçmiş qarşılıqlı əlaqələri və razılaşmalara dair qeydləri silə bilməz. Məsələn, portal səhifəsində əvvəlki satınalmalara dair qeydlər maliyyə hesabatları, audit və digər qanunlara əməletmə səbəbilə saxlanmalıdır.

Portal və hər bir Üzv qanuni öhdəliklərini icra etmək, mübahisələri həll etmək, razılaşmaların qüvvəyə minməsi və qüvvədə olan qanunla icazə verilən digər fəaliyyətlər üçün zəruri ola bilən Şəxsi Məlumatları saxlayacaq və istifadə edəcək.

Məlumatların saxlanması

Portal hesabınız aktiv olduğu müddətdə və ya sizi xidmətlərlə təmin etmək üçün lazım olan hallarda maliyyə hesabatları, audit və digər qanunlara əməl etmə səbəbilə sizinlə olan razılaşmalara dair qeydi saxlamaq; və qanuni öhdəlilərini icra etmək, mübahisələri həll etmək, razılaşmaların qüvvəyə minməsi və qüvvədə olan qanunla icazə verilən digər fəaliyyətlər üçün Şəxsi Məlumatlarınızı saxlayacaq. Əgər Üzvün kursuna yazılmısınızsa, belə Üzv də sizi xidmətlərlə təmin etmək üçün lazım olan hallarda maliyyə hesabatları, audit və digər qanunlara əməl etmə səbəbindən sizinlə olan razılaşmalara dair qeydi saxlamaq; və qanuni öhdəlilərini icra etmək, mübahisələri həll etmək, razılaşmaların qüvvəyə minməsi və qüvvədə olan qanunla icazə verilən digər fəaliyyətlər üçün Şəxsi Məlumatlarınızı saxlayacaq. Sizin portaldan hesabınızı deaktivləşdirmək və məlumatlarınızı silmək üçün müraciətinizdən sonra portal koqnitiv elm və təhsilə dair elmi araşdırmanın həyata keçirilməsi missiyasına xidmət etmək üçün dərs məlumatlarının arxivini təşkil (qüvvədə olan qanunla icazə verilən dərəcədə) etmək də daxil olmaqla, yuxarıda təsvir olunan prosesə əməl edəcək. Bu arxivlər Üzvlər üçün kodlaşdırılmış araşdırmalara dair məlumatlar bloku yaratmaq üçün istifadə olunacaq və hər bir belə Üzv də elmi araşdırmalar üçün dərs məlumatlarını saxlaya və istifadə edə bilər.

SAXLAMA VƏ TƏHLÜKƏSİZLİK

Portal Şəxsi Məlumatlar da daxil olmaqla, məlumatları Təhsil Nazirliyinin Məlumat və Resurs Mərkəzinin serverlərində saxlayır. Portal öz Səhifəsi vasitəsilə toplanan məlumatların nüsxələrinə nəzarət edir və öz mülkiyyətində və ya nəzarətində olan məlumatları qorumaq üçün hazırlanmış məlumatları mühafizə proqramı var.

Əgər portal sizin Şəxsi Məlumatlarınızın surətinin çıxarılmasına dair hər hansı təhlükəsizlik tələbinin pozulmasını öyrənərsə, portal müvafiq təhlükəsizlik tədbirləri görməyiniz üçün sizə elektron vasitələrlə xəbərdarlıq edə bilər. Əgər təhlükəsizlik sisteminin pozulması baş verərsə, portal öz ana səhifəsində və ya portal səhifəsinin istənilən yerində buna dair bildiriş paylaşa və sizin hesabınızda verilən elektron poçt ünvanınıza elektron məktub göndərə bilər. Harada olmağınızdan asılı olmayaraq, siz yazılı şəkildə sizin Şəxsi Məlumatlarınıza dair təhlükəsizlik riski haqqında bildiriş almaq hüququna maliksiniz.

Əgər Üzv sizin Şəxsi Məlumatlarınızın surətinin çıxarılmasına dair hər hansı təhlükəsizlik tələbinin pozulamsını öyrənərsə, Üzv müvafiq təhlükəsizlik tədbirləri görməyiniz üçün sizə elektron vasitələrlə xəbərdarlıq edə bilər. Portal səhifəsindən Üzvün kursuna yazılmaqla və ya Şəxsi Məlumatlarınızı Üzvə təqdim etməklə, siz Üzvün sizinlə kursa yazılmağınız və iştirakınız haqqında təhlükəsizlik, məxfilik və inzibati məsələlərə dair elektron vasitələrlə əlaqə saxlamasına razılıq verirsiniz. Əgər təhlükəsizlik sisteminin pozulması baş verərsə, təsir alan Üzv portal səhifəsində buna dair bildiriş paylaşa və ya portal səhifəsində Üzvün kursuna yazılmağınızla əlaqədar sizin elektron poçt ünvanınıza elektron məktub göndərə bilər. Harada olmağınızdan asılı olmayaraq, siz yazılı şəkildə sizin Şəxsi Məlumatlarınıza dair təhlükəsizlik riski haqqında bildiriş almaq hüququna maliksiniz.

MƏXFİLİK SİYASƏTİNİN YENİLƏNMƏSİ

Bu Məxfilik Siyasəti zaman-zaman nəzərdən keçirilə və yenilənə bilər. Dəyişikliklər edildikdən sonra Məxfilik Siyasəti yenilənmiş qüvvəyə minmə tarixi ilə bu səhifədə nəşr edildikdən dərhal sonra qüvvəyə minəcək yeni şərtləri nəzərdən keçirməyinizin lazım olduğunu göstərən "Düzəliş edilib (tarix)" olaraq işarələnəcək. Hər hansı dəyişikliklər edildikdən sonra portala daxil olmaqla, siz dəyişiklik edilmiş Məxfilik Siyasətini və orada olan hər hansı dəyişiklikləri qəbul edirsiniz. Yuxarıda göstərilən bildirişi buraxdığınız halda bu Məxfilik Siyasətinin ən son versiyası ilə tanış olmaq üçün bu səhifəyə mütəmadi olaraq qayıtmağı unutmayın.

ƏLAQƏ MƏLUMATLARI

Əgər sizin məxfiliklə əlaqədar narahatçılığınız varsa, məxfi saxlamağı üstün tutduğunuz məlumatları aşkar etmisinizsə və ya portal sizin haqqınızda təşkil etdiyi Şəxsi Məlumatlara giriş əldə etmək istəsəniz, zəhmət olmasa, bizimlə əlaqə saxlayın: tehsilim@edu.az

Əgər müraciətiniz Üzvə aiddirsə, portal müraciətinizi müvafiq Üzvə bildirəcək.

LÜĞƏT

Kuki fayllar - portal səhifəsində fəaliyyətiniz haqqında müəyyən məlumatlar göndərən cihazınızda yerləşdirilmiş kiçik məlumat faylları formasında olan kuki faylları təmin edən üçüncü tərəfə elektron poçt yazışmalarını göndərən vahid identifikatorlardır. Portal və ya üçüncü tərəflər, həmçinin Fleş kuki fayllardan istifadə edə bilər.

Şəxsi Məlumatlar - spesifik olaraq sizi müəyyən edən məlumatlardır və ya digər məlumatlarla birləşdirildiyi zaman sizi müəyyən etmək üçün istifadə oluna bilər.

İzləmə Texnologiyaları - sizin onlayn fəaliyyətinizi izləmək üçün istifadə olunan vahid identifikatorlar kimi veb-casuslar, aydın giflər, piksellər və bənzər texnologiyalardır, lakin sizin cihazınızda saxlanmır.

Qüvvəyə minmə tarixi:

Fevral, 2019