
İnqilab Şahbazov
İnqilab Şahbazov ixtisasca sosioloq olub, Sosial Tədqiqatlar Mərkəzinin İctimai rəyin öyrənilməsi departamentinin baş məsləhətçisi kimi çalışır. O 2012-ci ildə İngiltərənin Şeffild Universitetinə daxil olaraq, sosiologiya üzrə bakalavr təhsili, daha sonra isə 2015-16-cı illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində Ədliyyə Sistemi və Kriminologiya üzrəmagistratura təhsili almışdır.
İnqilab Şahbazov Kembric Universitetində 2022-2023 akademik ildən etibarən başlayan "MPhil in Criminology" ixtisasına qəbul olub.
Bu günə kimi onun 7 məqaləsi "Science Direct və Web of Science" informasiya portallarında nəşr edilib. Müəllifi olduğu ''Tədqiqat Metodları'' (2019) kitabı ən azı 5 ali təhsil müəssisəsində dərslik kimi istifadə edilir. Bununla yanaşı, İnqilab Şahbazov sosial tədqiqatlar sahəsində dünyanın ən nüfuzlu sertifikatlarından olan "Market Research Society Advanced Certificate in Market and Social Research Practice" sertifikatının sahibidir. Həmçinin, Tedqiqat.com adlı vebsaytın ideya müəllifidir.