Müşərrəf Məmmədova
Müşərrəf Məmmədova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində “İngilis dili müəllimliyi” üzrə almışdır. Daha sonra 2014-cü ildə o, ADA Universitetində Diplomatiya və beynəlxalq münasibətlər fakültəsində magistr təhsili almışdır. Magistr təhsili müddətində 2015-ci ildə Litvada Vitatus Maqnus Universitetində mübadilə proqramında iştirak etmişdir. 2016-cı ildə o, ADA Universitetində İnformasiya texnologiyaları və mühəndislik fakültəsində akademik məsləhətçi olaraq çalışmışdır. Eyni zamanda BP və ADA Universitetinin birgə layihəsi olan Big Data Mərkəzinin də koordinatoru olmuşdur. O, ADA Universitetində “2020-nin Top Bacarıqları” və “Nitq mədəniyyəti və inandırma bacarıqları” fənlərini tədris etmişdir.O, “İnklüziv təhsil”, “STEAM Azərbaycan”, “Rəqəmsal bacarıqlar” layihələrində müxtəlif vəzifələrdə çalışmışdır. Hal-hazırda Təhsil İnstitutunda Peşə və ömürboyu təhsil şöbəsində fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan-Fransız Universitetində “Azərbaycan Respublikası Konstitusiyası” fənnini tədris edir. Bir çox yerli və xarici jurnallarda elmi məqalələri nəşr olunmuşdur.